SHEKININ MEDENYYET OBYEKTLERI

Menbe: Sheki Medeniyyet ve Turizm Shobesi



R.B.Əfəndiyev adına tarix diyarşünaslıq muzeyi

Bu muzey 1925-ci ilin sentyabr ayında Maarif Komissarlığının əmri ilə yaradılıb. 1895-ci ildə kazarma məqsədi ilə tikilmiş bu tarixi abidəyə muzey 1980-cı ildən köçürülmüşdür.
Muzeyin ümumi sahəsi 924 m2-dir. Bunun 724 m2-də ekspozesiya zalları yerləşir.
Muzeydə 5000-ə yaxın tariximizi və mədəniyyətimizi əks etdirən maddi və mədəni abidələr toplanmışdır. Bunlardan 3000-ə yaxını ekspozisiya zallarında nümayiş etdirilir.
Muzeydə aşağıdakı: 1) Təbiət; 2) Qədim dövr; 3) Etnoqrafiya; 4) Cumhuriyyət; 5) Elm, mədəniyyət, maarif və səhiyyə; 6) Döyüş şöhrəti; 7) İpəkçilik; 8) Kənd təsərrüfatı; 9) Şəkinin süfrə və mətbəxt mədəniyyəti; 10) H. Əliyevin həyat fəaliyyətini, o cümlədən Şəkiyə sərəfini əks etdirən şöbələr vardır.
Muzeyin eksponatları dəfələrlə xarici ölkələrdə nümayiı etdirilmişdir.
Madaqaskar, Efiopiya, Pakistan və başqa xarici ölkələrdə nümayiş etdirilmişdir.
Xarici ölkələrlə yanaşı respublikamızın paytaxtı Bakı şəhərindəki sərgilərdə, Şəki Türk litseyində, 1 nömrəli internat məktəbində və məktəblərdə keçirilən tədbirlərdə muzey eksponantlarınadn ibarət sərgilər təşkil edilmişdir.
Hər il may ayının birinci istirahət günündə açıq qapı günü keçirilir və muzeyə gələn tamaşaçılar muzeyə pulsuz baxırlar.
İl ərzində muzeyə dünyanın hər yerindən tamaşaçılar gəlir və dünyanın bir çox tanınmış şəxsiyyətləri muzeyin rəy kitabında öz təəssüratlarını yazmışdılar.
Muzeydə ümummilli liderimiz mərhum prezident H.Əliyevin həyat və fəaliyyətinin müəyyən məqamlarını əks etdirən, Şəki Olimpiya Kompleksinin açılışı ilə əlaqədar yeni şöbə yaradılmışdır.

Rəşid Bəy Əfəndiyevin ev muzeyi

Şəki şəhər Rəşid Bəy Əfəndiyevin ev muzeyi Azərbaycan Respublikası nazirlər Kabinetinin 51 saylı qərarına əsasən 31 mart 1991-ci ildən fəaliyyət göstərir.
Muzey yerləşən bina XIX sərda, çay daşı və yerli istehsalla hazırlanmış bişmiş kərpiclə milli kaloritdə tikilmişdir. Bina iki mərtəbədən ibarətdir. Aşağı mərtəbə iki otaq və zirzəmidən, yuxarı mərtəbə üç otaq, bir kiçik dəhliz və şöbələrdən ibarətdir.
Muzeydə 2281 eksponat var. Muzey dörd şöbədən ibarətdir. Birinci şöbədə Rəşid Bəy Əfəndiyevin büstü və yaradıcılığını əks etdirən eksponatlar vardır. Ədibin Qori müəllimlər seminariyasında oxuduğu müddətdə müəllimi A.O.Çernyayevskinin məsləhəti ilə yazdığı ilk pyesi olan “Qan ocağı” (1979-cu il), “Uşaq bağçası”, “Bəsirətül-ətfal” kimi dərslikləri, “Saqqalın kəraməti”, “Qonşu-qonşu olsa kor qız ərə gedər”, “Qızıl gül”, “Diı ağrısı”, “Tiflis səfəri”, “Pul dəlisi” və s. əsərləri bu şöbənin eksponatlarındandır. Həmin şöbədə R.B.Əfəndiyev tərəfindən tərcümə olunmuş Firdovsinin “Şahnamə” əsərindən “Rüstəm və Söhrab” hekayəsi, Prudonun “Psixolojiya” kitabı da saxlanılır.
İkinci şöbədə R.B.Əfəndiyevin ailəsinə məxsus məişət əşyaları saxlanılır. Üçüncü şöbə R.B.Əfəndiyevin iş otağı kimi təqdim olunur. Dördüncü şöbədə R.B.Əfəndiyevin oğlu Məmməd bəy Əfəndiyevə aid dövlət tərəfindən verilmiş fəxri fərmanlar, foto şəkillər, nəvəsi İzzət Nəbiyevə məxsus kitablar saxlanılır.

M.F.Axundovun ev muzeyi

M.F.Axundovun ev muzeyi onun dünyaya 1812-ci ildə göz açdığı M.F.Axundov küçəsi, 1 saylı ünvanda yerləşən binada 1940-cı ildə yaradılmışdır. Bu binanın 1800-cü ildə tikildiyi təxmin edilir. Sonralar M.F.Axundovun ev muzeyi genişləndirilmiş, onun eksponatlarının bir hissəsi əlavə tikilmiş binada yerləşdirilir. Beləliklə, M.F.Axundovun ev muzeyi 2 binadan: həyat və yaradıcılığına həsr olunmuş ekspozisiya zalından və ədibin anadan olduğu evdən ibarətdir.
Muzeydə 248 sayda eksponat nümayiş etdirilir.

Şəki Dövlət Rəsm Qaleriyası

Şəki Dövlət Rəsm Qaleriyası 1982-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin əmri ilə təşkil olunmuşdur. Şəki Dövlət Rəsm Qaleriyası şəhərin Yuxarıbaş məhəlləsində, “Dövlət Tarix Memarlıd qoruğu”ında qala divarları arasinda yerləşən keçmiş Çar Rusiyasını kazarması olmuş binada yerləşir. Binanın tikilmə tarixi 100 ildən çoxdur. Şəki Dövlət Rəsm Qaleriyası üç zaldan, emalatxana, fond otağı, direktor və köməkçi otaqlarından ibarətdir. Şəki qalareyasının fondunda 327 əsər vardır. Bu əsərlərdən 244-ü rəngkarlıq, 68-i sulu boya, qrafika, 15-i isə heykəltaraşlıq işləridir. Fondun əsərlərindən əksəriyyəti Azərbaycan tərəfindən Dövlət Rəsm Qaleriyası1982, 1984, 1986-cı illərdə Şəki Dövlət Rəsm Qaleriyasına verilmişdir. 40-50-yə yaxın əsər yerli mütəxəssislər tərəfindən fonda verilmişdir. Fondun əsərləri içərinsində tanınmış heykəltəraş Sapsayın, tanınmış rəssamlardan Toğrul Nərimanbəyovun, Mehdiyevin, Sadıqzadənin, Sakitin, habelə rus rəssamlarının sulu boya ilə işlənmiş əsərləri vardır.
Şəki Dövlət Rəsm Qaleriyası Şəki rəssamları ilə sıx əlaqə saxlayır və onların əsərlərindən ibarət satış sərgi zalı yaradılmışdır. Şəkidə Azərbaycan Rəssamlar İttifaqını filialı vardır ki, burada 10-15 üzv fəaliyyət göstərir. Rəssamlar İttifaqının sədri rəssam Tahir Həmidlidir. İttifaqın üzvləri arasında ali təhsilli realist rəssam Qüdrət Məmmədovu, avandard rəssam Söhrab Ərəbovu, ali təhsilli realist rəssamlar Səbuhi və Asim Məmmədovları, ali təhsilli qrafik rəssam Tahir Həmidlini və başqalarını göstərə bilərik.
Şəki Dövlət Rəsm Qaleriyasında ilə 7-8 aktiv sərgi təşkil edilir. Bundan başqa sənətkarlarla görüşlər keçirilir.

Xalq Tətbiqi Sənəti muzeyi

Xalq Tətbiqi Sənəti muzeyi 1985-ci ildə iyun ayının 9-da açılmışdır. Bu muzey qədim Alban məbədində yerləşir ki, buna da el arasında “Dairəvi məbəd” deyilir. Muzeyin yerləşdiyi binanın tarixi haqqında mülahizələr müxtəlifdir. Bu Azərbaycan Qafqaz Albaniyası dövrünə məxsus xristiyan memarlıq abidəsidir. Məbədin ilkin formasının VIII əsrə qədər tikildiyi güman edilir. Bu dövr Albaniyada xiristianlığın daha geniş yayılmasının II mərhələsinə təsadüf edilir. Məbəddə dəfələrlə təmir-bərpa işləri aparılmışdır. Bəzi tarixi mənbələrə görə hətta Dərviş Məhəmməd, Çələbi xan dövründə də təmir işləri aparıldığı məlumdur.
Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra (XIX əsr) isə vilayətin mərkəzi şəhəri olan Nuxada Dairəvi Məbədə konstruktiv dəyişikliklər edilərək, rus əsgərlərinin kilsəsi kimi istifadə olunmuşdur.
Xalq Tətbiqi Sənəti muzeyi Şəki şəhərində məhşur olan, qədimdən bu zamana kimi gəlib çatan sənətlər haqqında və şəhərdə tanınmış sənətkarlar haqqında məlumat verilir. Tətbiqi sənət nümunələri nümayiş etdirilir. Müzey 4 ekspozisiya zalından ibarətdir. I zalda Şəki ərazisindən tapılmış arxeoloji qazıntılar nümayiş etdirilir. Burada müxtəlif tipli gül qablar və qadın, kişi qəbirlərindən tapılmış zinət əşyaları, nizə ucluqları var. II əsas zalda isə ümumi sənətkarlıq bölməsi yerləşir. Burada duluzçuluq, xarratlıq, təkəldüz, misgərlik, şəbəkə, memarlıq, papaqçılıq sənət nümunələri nümayiş etdirilir. Bu sənətlərdə məşğul olan ustalar haqqında geniş məlumatlar verilir. III zalda əsasən milli qadın və kişi geyimləri, milli musiqi alətləri, ipəkçiliyə aid olan nümunələr nümayiş etdirilir. IV zal isə “Şəki otağı” adlanır. Burada qədim Şəki evlərinin interyeri nümayiş etdirilir. Milli adətlərə uyğun olaraq evlərimizdə olan rəflər, taxçalar, döşəklər, sandıq, cəhrə, yun darağı və s. nümunələr ekspozisiyani təşkil edir. Muzeyin ekspozisiyasında 500-dən çox eksponat nümayiş etdirilir.


Создан 28 апр 2010



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi