İpəkçiliyin inkişafı haqqında sanballı kitab

İlham ABBASOV,Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru- hüquq elmləri namizədi baş ədliyyə müşaviri prokurorluğun fəxri işçisi



Qədim tarixə malik Azərbaycan, tarixi “İpək yolu” üzərində yerləşməklə, baramaçılıq və ipəkçilik ölkə iqtisadiyyatında bütün dövrlərdə böyük rol oynamışdır.
Təsadüfi deyildir ki, ümümmilli lider Heydər Əliyev hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan Respublikasının Milli Məclisi 30 oktyabr 1998-ci ildə qəbul edilən Qanunla “Tarixi İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransın Bakı deklarasiyası”nı təsdiq etməklə, həmin deklarasiyaya qoşulmuşdur.
Ümümmilli lider Heydər Əliyevin 26 oktyabr 1998-ci il tarixdə imzaladığı “ Tarixi İpək yolunun bərpası üzrə Beynəlxalq Bakı Konfransının qərarlarının yerinə yetirilməsi ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanında göstərilir ki, tarixi “İpək yolu”nun bərpası üzrə keçirilmiş beynəlxalq konfrans və burada imzalanmış sənədlər böyük siyasi və iqtisadi əhəmiyyət kəsb edərək, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yerləşən ölkələrin inkişafı, onların təbii ehtiyatlarının mənimsənilməsi, iqtisadi əməkdaşlığın genişlənməsi üçün etibarlı zəmin yaradır. Tarixi İpək yolunun bərpası üzrə aparılan işlər Azərbaycan Respublikasının dünya birliyi ölkələri ilə inteqrasiyasının daha da güclənməsinə xidmət edir.
Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin yaradıcısı və rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Zəkəriyyə Əlizadə və Şəki şəhər İcra Hakimiyyəti başçısı Nazim İbrahimovun həmmüəllifi olduqları “ Şəki ipəyi uzaq karvan yollarnda” kitabı xüsusi əhəmiyyət kəsb edir.
Uzun illər AMEA-nın Şəki Regional Elmi Mərkəzinə rəhbərlik edən Zəkəriyyə Əlizadə geologiya-mineralogiya sahəsində tanınmış alim olmaqla bərabər, böyük vətənpərvər vətəndaş, həm də təcrübəli folklorşünasdır.
Kitabın həmmüəllifi Nazim İbrahimov Şəki şəhər İcra Hakimiyyətinə başçılıq etdiyi müddətdə rayonun iqtisadiyyatı əhəmiyyətli dərəcədə inkişaf etmiş, Şəkinin memarlıq siması ölçülməz dərəcədə dəyişmiş, yeni iş yerləri açılmış, əhalinin maddi-rifah halı xeyli yaxşılaşmışdır.
Ona görə də Zəkəriyyə Əlizadə və Nazim İbrahimovun həmmüəllifi olduqları” Şəki ipəyi uzaq karvan yollarında” kitabı Şəkidə (keçmiş Nuxada-İ.A. ) baramaçılığın inkişafı tarixinin araşdırılması və gələcək perspektivləri üçün dəyərli təkliflərini özündə birləşdirməklə, bu cəhətdən xüsusi maraq doğurur.
Həmmüəlliflər kitabın I fəslində rayon ərazisində təbii-coğrafi şəraitin, iqlimin, torpaq və bitki örtüyünün baramaçılığın inkişafı üçün əlverişli olması məsələsinə toxunmuşlar. Kitabın II fəsli Azəbaycanda ipəkiliyin tarixinə bir ekskurs olmaqla, ölkə iqtisadiyyatında ipəkçiliyin oynadığı rola həsr olunmuşdur.
Həmmüəlliflər kitabın III-IV fəsillərində baramanın yetişdirilməsi mərhələləri barədə geniş oxucu kütləsinə sadə dildə XVIII əsr və XX əsrin əvvəllərində Şəkidə ipəkçiliyin inkişaf yolları, ipəkçi tacir və fabrikantların xeyirxah əməlləri haqqında geniş məlumat verilmişlər.
Bolşevik-kommunist ideologiyası Sovetlər dönəmində bir ideologiyanı insanlarda formalaşdırmağa çalışırdı ki, sahibkar fəhlələrin qənimidir, fəhlə ilə kapitalist arasında antoqonist ziddiyyət mövcuddur.Lakin əslində belə deyildi.Tarixdə Azərbaycan xalqının Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçi sahibkarları olmuş və bu mənada o dövrdə Tağıyev yeganə şəxs olmamışdır.
Baramaçılıq və ipəkçilik respublikamızın iqtisadiyyatında böyük rol oynamasına baxmayaraq, respublikamızın heç də bütün vətəndaşlarımızın, o cümlədən ziyalılarımızın baramanın necə yetişdirilməsi, barama toxumu vasitəsi ilə baramanın necə əldə olunması barədə düzgün və hətta, adi təsəvvürləri belə yoxdur. Bu sözlər, eyni dərəcədə, Şəki əhlinin və ziyalılarının çoxuna aiddir.
Bu baxımdan sözügedən kitab həm də mənəvi sərvətimiz olan baramaçılıq və ipəkçilik barəsində maarifləndirici xarakter daşıyır.
Kitabın V fəsli Azərbaycan folklorunda ipəkçiliyə həsr edilmişdir. Bu isə bir daha ipəkçiliyin Azərbaycanda geniş inkişaf tapmasına, həmçinin ipəkçiliyin qədim və zəngin Azərbaycan folklorunda özünə laiqli yer tutmasına dəlalət edir.
Oxuculara təqdim olunan kitabın VI fəsli Sovet dövründə Şəkidə (Nuxada) ipəkçiliyə həsr edilmişdir.
Ümummilli lider Heydər Əliyev demişdir: ” Tariximizin hər səhifəsi bizim üçün əzizdir. Şübhəsiz ki, tariximizin parlaq səhifələri də, qaranlıq səhifələri də var, təntənəli səhifələri də, faciəli səhifələri də var”.
Həmçinin, ulu öndər Heydər Əliyev demişdir: “Azərbaycanın bu gün müstəqil yaşaması üçün o illər (sovet dövrü nəzərdə tutulur-İ.A.) böyük əsas yaratmışdır. Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Azərbaycanda iqtisadi, sənaye potensialı yaranmışdır. Azərbaycanda yeni şəhərlər yaranmış, kəndlər, qəsəbələr abadlaşmış, insanların rifah halı xeyli yaxşılaşmışdır. Bunlar hamısı tariximizin həqiqətləridir”. Ona görə də Sovetlər dönəmində ölkəmizin iqtisadiyyatının, elminin inkişafının, insanların maddi rifah halının yaxşılaşmasını danmaq ən azı ədalətsizlik olardı.
Sovetlər dönəmində, yalnız 1975-ci ildə respublikamızda 5 min ton, Şəkidə isə 320 ton yaş barama yetişdirilmişdir. Həmin dövrdə Şəki İpək İstehsalı Birliyində 7500 nəfər fəhlə və qulluqçu çalışırdı.Əgər hər ipəkçi ailəsinin də ən azı 4 nəfərdən ibarət olmasını nəzərə alsaq, o zaman ipəkçilik sənayesi 30 min nəfərə yaxın əhalinin dolanışıq mənbəyi idi.
Kitabın maraqlı məziyyətlərindən biri də odur ki, kitabın VII fəsli uzun illər Şəki İpək İstehsalat Birliyinə rəhbərlik etmiş Tacəddin Əfəndiyev haqqında xatirələrdən ibarətdir. Tacəddin Əfəndiyev əslən şəkili olmamışdır. O, Qazax rayonunda doğulmuş və 14 yaşında Şəki İpəkçilik Texnikomuna qəbul olunmuş, bundan sonrakı həyatını Şəkidə ipəkçiliyin inkişafına həsr etmişdir. Böyük Vətən müharibəsinin ilk günlərində cəbhəyə yollanan Tacəddin Əfəndiyev hərbi-hava qüvvələrində nümunəvi qulluq etmiş, göstərdiyi döyüş şücaətlərinə görə bir çox orden və medallarla təltif edilmişdir. Müharibədən sonra o, Şəkiyə qayıtmış və Moskva Toxuculuq İnstitutunda ali təhsil aldıqdan sonra ipəkçilik sənayesində zəngin təcrübəsi də nəzərə alınaraq müxtəlif rəhbər vəzifələrdə işləmiş və nəhayət 1961-ci ildə Tacəddin Əfəndiyev Şəki İpək Kombinatının direktor vəzifəsinə irəli çəkilərək 20 ildən artıq, Şəkinin ən böyük müəssisəsinin baş direktoru kimi, səmərəli fəaliyyət göstərmişdir. Onun baş direktor olduğu dövrdə İpəkçilik Birliyində yeni istehsalat sahələri yaradılmış, Birliyin ərazisi, əsil, laləzara çevrilmişdir.
Tacəddin Əfəndiyevin direktorluğu dövründə Şəki İpək Kombinatı və həmçinin Şəkidə ümumiyyətlə ipəkçilik sənayesi güclü inkişaf etmiş və Şəki İpək Kombinatı Şəki İpək İstehsalat Birliyinə çevrilmişdir. Həmin dövrdə Şəki İstehsalat Birliyində istehsal olunan parçalar keçmiş SSRİ-nin 250-dən artıq şəhərinə göndərilirdi.
Həmçinin, Tacəddin Əfəndiyevin müsbət fəaliyyəti yalnız Şəkidə ipək sənayesinin inkişafındakı xidmətləri ilə məhdudlaşmamış, onun Şəkinin abadlaşdırılmasında, bir sıra sosial-mədəni obyektlərin tikilib istifadəyə verilməsində böyük xidmətləri olmuşdur. ”Marxal” istirahət kompleksi, hazırda S.Rəhman adına Şəki Dövlət Dram Teatrının yerləşdiyi bina, vaxtilə Mustafa bəyə məxsus ərazidə inşa edilmiş istirahət zonası, şəhər stadionu Şəki İpək İstehsalat Birliyinin vəsaiti hesabına Tacəddin Əfəndiyevin bilavasitə təşkilatçılığı ilə inşa edilərək, sonradan şəhərə təhvil verilmişdir.
Kitabın bu fəslində bu böyük insan haqqında Şəkidə ipəkçiliyin inkişafında böyük xidmətləri olan, vaxılə İpəkçilik Birliyində rəhbər vəzifələrdə işləmiş, hazırda Azərbaycan Texniki Universitetində tədrislə məşğulı olan iqtiusad elmləri namizədi Nadir Əkbərovun, Birliyin baş mühəndisi, sonralar isə respublika Yüngül Sənaye nazirinin müavini işləmiş İbrahim Mustafayevin, yarım əsirdən çox İpəkçilik Birliyində müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə işləmiş Sabir Kərimovun,uzun illər burada rəhbər vəzifələrdə çalışmış Xalid Əliyevin xatirələri verilmişdir. Tacəddin Əfəndiyevin baş direktor olduğu dövrdə İpəkçilik Birliyində yeni istehsalat sahələri yaradılmış, Birliyin ərazisi əsil laləzara çevrilmişdir.
Tacəddin Əfəndiyev şəkililərin xatirində böyük təşkilatçı, tələbkar olduğu qədər də qayğıkeş olan rəhbər işçi, böyük təbiət vurğunu, əsl Vətənpərvər və xeyirxah insan kimi həmişəlik qalacaqdır.
Təhlil göstərir ki, 1978-ci ildə Azərbaycanda 4,7 min ton, 1979-cu ildə 4,8 min ton, 1980-cı ildə 5 min ton, 1982-ci ildə 5,3 min ton yaş barama yetişdirildiyi halda, 2000-2007-ci illərdə isə hər il orta hesabla cəmi 0,1 min ton barama istehsal edilmişdir.
Kitabın əlavəsi ipəkçilik sahəsində böyük təcrübəyə malik Xalid Əliyevin “Qədim ipəkçiliyin yenidən inkişaf etdirilməsi məqsədilə həyata keçirilməli tədbirlər haqqında təkliflər”indən ibarətdir. Bu isə kitabın ən dəyərli məziyyətlərindən biridir. Kitabın bu hissəsində tarixi keçmişimiz də daxil olmaqla, ipəkçiliyin inkişafı dərindən təhlil edilmiş, respublikamızda baramaçılıq və ipəkçiliyin inkişafı üçün və əgər belə demək mümkün olarsa, ölkəmizin baramaçılıq və ipəkçilik sənayesinin inkişafında itirilmiş şöhrətinin qaytarılması üçün real və dəyərli təkliflər verilmişdir. Bu isə tarixi “İpək yolu”nun bərpasına ən dəyərli töhfə olardı.
Təbii ki, bir qəzet məqaləsi çərçivəsində bu kitabın bütün müsbət məziyyətlərini əhatə etmək imkan xaricindədir. Sonda biz oxucular adından həmmüəlliflərə bu səpkidə yeni-yeni nəşrlərinin işıq üzü görməsini, xidməti işlərində isə daha böyük uğurlar arzulayırıq.


Создан 10 дек 2009



  Комментарии       
Всего 1, последний 3 года назад
nazli_sariwin 14 окт 2013 ответить
men Aynur Abbasova ,Bakida doguldum ve burda yasayiram,..sadece Sekide calismaq isteyirem..
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi