Şəki, sabahın xeyir!

Müəllif: Giya Paçxataşvili



Daglardan qalxan Günəş

Ətrafa yayıb atəş,
Həyat tərəzisini işıga dogru əyir -

Şəki, sabahın xeyir! 

 

Sərinlik bəxş edən meh də,
Otlara güc verən şeh də
Mürgüləyən elləri oyanışa səsləyir -
Şəki, sabahın xeyir!

 

Qızılgüllər, yasəmənlər,
Torpaqdan həyat əmənlər
Otu boy atmış çəmənlər
Yeni nəgmə bəstələyir -
Şəki, sabahın xeyir!

 

Zəng saatı - xoruz banı
Götürüb bütün dünyanı.
Bu mahnıdan deyin, hanı
O, səslənir şeir - şeir -
Şəki, sabahın xeyir!

 

Givi xumarlanıb gəzir,
Yaxşıyla yamanı əzir.
Xoş söz yazmaga müntəzir...
Misraları xorla deyir -
Şəki, sabahın xeyir,
Şəki, sabahın xeyir.


Şəki, 15 may 2017

 



Создан 17 мая 2017



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi