Firəngiz Əlizadə: "Şəki bizə çox gözəl musiqi bayramı bəxş edib"




 Artıq yeddinci dəfədir biz gözəl Şəkiyə toplaşmışıq. Bizim həyatımızın bir parçası demək olar ki, bu şəhərlə, “İpək yolu” Beynəlxalq musiqi festivalı ilə bağlıdır. Biz buna çox şadıq. Doğrudan da bu şəhər bizə çox gözəl musiqi bayramı bəxş edib.

        AZƏRTAC xəbər verir ki, bu sözləri Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Firəngiz Əlizadə festivalın açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.

        Festivalın proqramının həmişəki kimi, çox zəngin olduğunu vurğulayan Bəstəkarlar İttifaqının sədri builki festivalın açılış mərasiminin möhtəşəmliyi ilə fərqləndiyini bildirib. Qeyd edib ki, festival tarixində ilk dəfədir açılış mərasimində 11 xalqın, millətin nümayəndəsi bir orkestrdə çıxış edir, konsert verir. İfaçıların hər biri öz milli geyimlərini sərgiləyir, milli alətlərini nümayiş etdirir, milli musiqilərini təqdim edirlər.
        Ötən 7 il ərzində Şəkinin çox dəyişdiyini vurğulayan Firəngiz Əlizadə deyib: “Bu illər ərzində Şəkidə teatr binası istifadəyə verilib, Yay teatrı, konsert səhnələri yaradılıb. Hazırda Şəkidə 84 tarix-memarlıq abidəsi var. Bütün bunlar “İpək yolu” musiqi bayramı ilə birlikdə hamımızda çox gözəl əhval-ruhiyyə yaradır”.

Şəki, 28 iyun, Mustafa DADAŞOV
Mənbə: AZƏRTAC



Создан 28 июн 2016



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi