Məşhurlar ŞƏKİ haqqında




Aleksandr Düma (ata) "Qafqaz səfəri" əsərində yazır: "Biz Nuxadan uzaqlaşdıqca onun görünüşü daha da gözəlləşir və bütün füsunkarlığı ilə gözümüzün qabağında canlanırdı".

 
==================


A.S.Puşkinin dostu, rus generalı M.M.Rayevski 1826-cı ildə yazdığı məktubda göstərirdi ki, "...Nuxa gözəldir bu yüksək dərəcədə Baxçasaraydır".


==================


Şəkinin heç yerdə təkrarı olmayan mədəniyyət abidələrinə heyran qalan Nazim Hikmət yazırdı "Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı bircə Xan sarayını dünyaya göstərmək bəs edərdi..."


==================


Polşa rəssamı-nəqqaşı Molqojata Kujnyar "Şəki doğrudan da gözəldir. Mən buranın təbiətindəki cazibədarlığı, adamlarındakı səmimiyyəti, mehribanlığı, qonaqpərvərliyi heç yerdə görməmişəm".


==================


Moskvalı şair Şterşnova Şəkidə qonaq qaldıqdan sonra yazmışdı "Şəki Azərbaycanın elə dilbər guşəsidir ki, burada şair olmamaq mümkün deyildir".


==================


Məşhur hind alimi Dehli Universitetinin rektoru, professor Munis Raza şəhərin gözəlliyinə heyran olduğunu bildirərək demişdir "Şəkinin təbiəti mənə vətənim Himalayın cənub yamaclarını xatırlatdı".

 

URL: http://elegant.az/turizm/veten/560-mjehurlar-vj-ejki.html



Создан 11 сен 2012



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi