Şəki həm qədimliyini qoruyacaq, həm də müasirləşəc

Mənbə: www.sheki-ih.gov.az



Şəki həm qədimliyini qoruyacaq, həm də müasirləşəcək

 

Bu fikirlər Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun ziyalılarla keçirilən görüşündə səslənən çıxışların leytmotivini təşkil etmişdir.

Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyunun 16-da “Yuxarı Karvansaray” mehmanxana kompleksində Şəki ağsaqqalları və ziyalıları ilə görüşmüşdür. Görüş yığıncağında rayon rəhbərləri ilə yanaşı ağsaqqallar, ziyalılar şəhər ictimaiyyətinin nümayəndələri, mütəxəssislər iştirak etmişlər.Yığıncağı giriş sözü ilə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açmışdır.
karvansara_gorushu_1.jpg
Müzakirələrdə millət vəkili, Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Şəki Elm Mərkəzinin rəhbəri, geologiya-minerologiya elmləri doktoru Zəkəriyyə Əlizadə, rayon ağsaqqallar şurasının sədri Vahid Qəniyev, AMİ-nin Şəki filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sabir Əfəndiyev, “Şəki-İpək” ASC Həmkarlar İttifaqı Komitəsinin sədri Sevil İsmayılova, elmi işçi Nəsib Muxtarov, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova, “Yuxarıbaş” tarix-memarlıq qoruğunun direktoru Təranə Abdullayeva, “Şəki-Sərnişin” ASC-nin sədri Arzu Abdulhəmidov, Azərbaycan Rəssamlar İttifaqı Şəki Təşkilatının sədri Tahir Həmidli və başqaları çıxış etmişlər.


Natiqlər demişlər ki, Azərbaycanın şimal-qərb bölgəsində uzun yüzilliklərdən bəri mühüm siyasi-iqtisadi, strateji əhəmiyyətə malik yaşayış məntəqələrindən biri də Şəkidir. Hər daşı, hər kərpici tarix olan Şəki özündə həm orta əsrlərdə, həm də ondan sonrakı dövrlərdə Azərbaycanda yüksək inkişaf etmiş şəhərsalma mədəniyyətinin ən qiymətli incilərini yaşadır. Burdakı memarlıq abidələri – məscidlər, minarələr, evlər, karvansaralar, qala divarları, yollar, körpülər hər birimizin qəlbində sonsuz qürür doğurur. Nəinki Azərbaycan tarixi və mədəniyyəti, habelə dünya svilizasiyası üçün böyük rol oynayan Şəki Xan sarayına, Kiş kəndindəki qədim alban məbədinə hər gün yüzlərlə yerli vətəndaş və xarici qonaq gəlir.
karvansara_gorushu_2.jpg
Lakin bir zamanlar Şərqin nadir sənət incisi kimi tanınan, şanlı-şöhrətli muzey – şəhər, biganəlik və özbaşınalıqdan xeyli zərər çəkmişdir. Təbii ki, zəngin mənəviyyat nümunələrini və mənəvi abidələri təcəssüm etdirən şəhərimizin abadlaşdırılması burada ən təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.
Natiqlər demişlər ki, şəhərimizin böyük bir hissəsi muzey-qoruq kimi dövlət tərəfindən qorunur. Şəki turist şəhəri, ölkənin mədəni mərkəzi, daim qonaq-qaralı bir yerdir. Şəhərimizdə aparılan tikinti-təmir, abadlıq, yenidənqurma tədbirlərində hamı yaxından iştirak etməlidir. İnşaat işləri apararkən yerli materiallardan, xüsusən evlərin dam örtüyünü inşa edərkən qırmızı kirəmitdən, həyət darvazasını inşa edərkən taxta materiallardan istifadə etməli, lüzumsuz tikililər sökülməli, şəhərin özünəməxsusluğu qorunmalıdır.
Görüşdə qeyd edilmişdir ki, qarşıdakı illərdə Şəkidə möhtəşəm Bayraq meydanı, Heydər Əliyev Mərkəzi yaradılacaq, yeni inzibati binalar tikiləcək, ümumən isə sosial – iqtisadi infrastruktur nəzərəçarpacaq dərəcədə dəyişəcək, yeni istehsal, emal müəssisələri yaradılacaqdır ki, burada da müvafiq olaraq yeni iş yerləri açılacaqdır.
Təbii ki, şəhərlə yanaşı onun qəsəbə və kəndləri də inkişaf edəcəkdir. Görüşdə həmçinin şəhərin sel təhlükəsindən qorunması, Şəkinin şöhrəti olan ipək sənayesinin inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması,şəhərin abadlığının, təmizliyinin yaxşılaşdırılması, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin, ümumilikdə isə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi ilə bağlı təkliflər irəli sürülmüşdür.
Natiqlər dərin razılıq hissi ilə bildirmişlər ki, möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında Şəkinin inkişaf perspektivləri də öz əksini tapmışdır. Bu proqramla tanış olan hər bir yurddaşımızda belə bir inam formalaşmışdır ki, Şəkinin sabahı daha gözəl, daha firavan, daha fərəhli olacaqdır.
Tədbirə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov yekun vurmuş, aidiyyəti üzrə tapşırıqlar vermişdir.



Создан 19 июн 2011



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi