“Tarixin izi ilə... Yaqub Mahmudov” sənədli televiziya filmi təqdim olunmuş

Mənbə: www.sheki-ih.gov.az



İyunun 16-da Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) istehsalı olan “Tarixin izi ilə... Yaqub Mahmudov” sənədli filminin təqdimat mərasimi keçirilmişdir.
tarixin_izi.jpg
Ziyalıların, elm adamlarının, şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış etmişdir. O bildirmişdir ki, təqdim edilən bu ekran əsəri hamımızın sevimlisi, Əməkdar Elm Xadimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudovun həyatı, elmi və ictimai fəaliyyətinə həsr olunmuşdur. Filmin çəkilişləri əsasən Şəkidə, habelə Balakən və Bakıda aparılmışdır. Şəkinin elmi ictimaiyyəti, Şəki ziyalıları Yaqub Mahmudov haqqında çəkilmiş bu ekran əsərini yüksək qiymətləndirir, filmin ərsəyə gəlməsində əməyi olan insanlara, yaradıcı heyətə dərin minnətdarlıqlarını bildirirlər. Yaqub Mahmudovun tariximizin dəqiq araşdırılması və təbliği istiqamətindəki xidmətlərini yüksək qiymətləndirən natiq ümummilli liderimiz Heydər Əliyevin Yaqub Mahmudovu “böyük tarixçi alim” adlandırdığını, onu respublikamızın ən yüksək ordenlərindən olan biri olan “Şöhrət” ordeni ilə təltif etdiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Prezident İlham Əliyev bu il aprelin 26-da AMEA-nın illik ümumi yığıncağında Tarix İnstitutunun fəaliyyətinə çox yüksək qiymət vermişdir.


tarixin_izi_1.jpg
Yaqub Mahmudov belə bir mötəbər görüşün təşkilinə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Şəkinin Azərbaycanın ən qədim şəhərlərindən biri olduğunu, 2700 ildən artıq yaşı olduğunu nəzərə çarpdıran alim bu şəhərin Azərbaycanın şimal-qərb bölgəsində həmişə dövlətçiliyin keşiyində durduğunu, burada Azərbaycanın tarixi ilə bağlı ən qiymətli abidələrin, ən silinməz xatirələrin olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, bu bölgə Azərbaycan ipəkçiliyinin vətənidir. Bu bölgə o bölgədir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə cümhuriyyəti çökdürməyə gələnlərə burada 6 aya qədər müqavimət göstərilmişdir. Sovet hakimiyyəti illərinin yeganə böyük üsyanı - Şəki üsyanı bu bölgədə baş vermişdir. Çar qoşunları hücum edəndə ilk dəfə üsyana qalxan məhz bu bölgə olmuşdur. Yəqin ki, burada olanların bir çoxu həmin tarixi ürəklərində yaşadırlar. Bu bölgənin ziyalısı kimi mən də o tarixi ürəyimdə yaşadıram. Bu gün bu bölgənin Azərbaycanın müstəqilliyi tarixində çox böyük rolu vardır. Tarixən olduğu kimi, bu gün də Şəki Azərbaycanın şimal-qərb bölgəsində dövlətçiliyimizin qalasıdır.
Sonra tədbir iştirakçıları “Tarixin izi ilə... Yaqub Mahmudov” sənədli televiziya filminə baxmışlar.
Filmin nümayişindən sonra Şəki fizika-riyaziyyat və humanitar təmayüllü liseyin tarix müəllimi Bəşarət Yusifov, Şəki bələdiyyəsinin üzvü, ziyalı Arzu Abdulhəmidov, həkim, tibb elmləri namizədi Tofiq Mehdiyev, YAP Şəki təşkilatı aparatının məsləhətçisi Kamil Məmmədov və digər natiqlər çıxış edərək ekran əsəri barədə təəssüratlarını bölüşmüş, yaradıcı heyətə uğurlar arzulamışlar.



Создан 19 июн 2011



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi