“Vətəni tanı!” ümumrespublika kampaniyasının növbəti seç

Mənbə: www.sheki-ih.gov.az



veteni_tani.jpgGənclər Təşkilatları Milli Şurasının (GTMŞ) təşkil etdiyi “Vətəni tanı!” ümumrespublika maarifləndirici kampaniyası davam edir. Kampaniya çərçivəsində növbəti seçim turu şəhərimizdə olmuşdur.


GTMŞ-dən bildirmişlər ki, şəhər icra hakimiyyətinin, təhsil, gənclər və idman idarələrinin nümayəndələrinin, müəllimlərin və gənclərin iştirak etdiyi tədbirdə Milli Şuranın İdarə heyətinin üzvü Heydər Atayev şəkili gənclərə kampaniyanın məqsəd və vəzifələri, seçim turunun qaydaları barədə məlumat vermişdir. Bildirilmişdir ki, məqsəd gənclərin ölkəmizin ərazi bütövlüyünü mənimsəməsi və 12000 gəncin bu kampaniyada iştirakının təmin edilməsidir. Natiq bildirmişdir ki, bu gün ölkəmizin torpaqlarının 20 faizi işğal altındadır. Hər bir gənc Azərbaycanın ərazi bütövlüyü üçün əlindən gələni etməlidir.


Layihənin gənclərimizin Vətənimizi, regionları daha yaxşı tanıması istiqamətində əhəmiyyəti vurğulanmış və layihənin Azərbaycan ictimaiyyəti tərəfindən maraqla qarşılandığı qeyd edilmişdir.


Şəkili 150 gənc arasında təşkil edilən yarışmaya gənclər böyük maraq göstərmiş, vətənimizin ərazilərini necə tanıdıqlarını nümayiş etdirmişlər. Onlar istər xəritədə, istərsə də elektron variantda xəritəni yığmaqda fəal yarışmışlar.


Sonda iki nəfər respublika turuna vəsiqə qazanmışdır.



Создан 19 июн 2011



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi