“Avro-Med” şirkətinin dəstəyi ilə əhali pulsuz müayinə olunu

Mənbə: www.sheki-ih.gov.az



Milli Məclisin deputatı Cavanşir Feyziyevin təşəbbüsü və “Avro-Med” şirkətinin dəstəyi ilə iyunun 13-dən 18-dək Şəki Rayon Mərkəzi Xəstəxanasında Hepatoloqlar İctimai Birliyi tərəfindən Hepatit B və Hepatit C viruslarının aşkar edilməsi üzrə əhalinin pulsuz müayinəsi keçirilir.


Humanitar aksiyanın başlanması münasibətilə keçirilən tədbirdə çıxış edən Milli Məclisin deputatı Cavanşir Feyziyev Dünya Səhiyyə Təşkilatının məlumatına əsaslanaraq hazırda planetimizin əhalisinin 350 milyonunun Hepatit B, 220 milyona yaxın insanın isə Hepatit C virüsü ilə yoluxduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, hər il belə xəstələrin sayı 3-4 milyon nəfər artmaqdadır. Müəyyən olunmuşdur ki, xroniki infeksiyalaşmış şəxslərdə xəstəlik ağırlaşmalarla (qaraciyərin serrozu və xərçəngi) nəticələnə bilir. Buna görə də xəstəliyin vaxtında aşkar olunması əhalinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir. 


Tədbirdə şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, mərkəzi rayon xəstəxanasının baş həkimi Məcid Əliyev və başqaları çıxış edərək mühüm əhəmiyyət daşıyan bu aksiyanın keçirilməsinə göstərdiyi köməyə görə təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.


Aksiyanın ilk günündə 300 nəfərə yaxın vətəndaş müayinədən keçmişdir.


Müayinənin nəticələri hər bir vətəndaşın şəxsən özünə təqdim olunacaq və izahat veriləcəkdir. Hepatit virüsünə yoluxması aşkar olunan və ya bu xəstəliklə bağlı sualı olan şəxslər Hepatoloqlar İctimai Birliyinin elmi katibi, tibb elmləri üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva tərəfindən qəbul olunaraq onlara müvafiq müalicə kursu təyin ediləcəkdir.



Создан 19 июн 2011



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi