Ümumtəhsil məktəblərində son zəng mərasimləri keçi

Mənbə: www.sheki-ih.gov.az



Mayın 31-də Şəkinin ümumtəhsil məktəblərində son zəng mərasimləri keçirilmişdir. Mərasimlərdə məktəb kollektivləri, yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının məsul nümayəndələri, valideynlər iştirak etmişlər.
Bayram əhvali-ruhiyyəsi ilə bir-neçə saat davam edən tədbirlərdə çıxış edən məktəb rəhbərləri, mərasimə dəvət olunan qonaqlar, ictimaiyyətin nümayəndələri məzunlara gələcək müstəqil həyatda uğurlar arzulamış, onlara cəmiyyətimizə layiqli vətəndaş kimi yetişməyi, elmli və bilikli olmağı, şərəflə yaşamağı, müəllimlərinin etimadını layiqincə doğrultmağı tövsiyyə etmişlər.
son_zeng_1.jpg


Qeyd olunmuşdur ki, bu il rayonun orta məktəblərini 2117 şagird bitirir. 2010-2011-ci tədris ili Şəki məktəbliləri üçün çox uğurlu olmuşdur. Məktəblilərdən 2 nəfəri beynəlxalq, 8 nəfəri isə respublika fənn olimpiadalarında qalib gəlmişlər. Ötən il rayonun orta məktəblərini bitirmiş məzunlardan 1165 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 438-i tələbə adını qazanmışdır. Qəbul imtahanlarında məzunlardan bir nəfəri 700 bal, 29 nəfəri 600-dən yuxarı, 85 nəfər isə 500-600 bal toplamışdır.
Son zəng mərasimləri birincilərin və məzunların hazırladıqları rəngarəng konsert proqramı ilə davam etmişdir. Sonda onbirincilərlə birincilərin görüşü olmuş, qarşılıqlı şəkildə gül-çiçək və hədiyyələr təqdim olunmuşdur.



Создан 19 июн 2011



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi