Oxud kəndinə təbii qazın verilişi bərpa olunmuşdur

Mənbə: www.sheki-ih.gov.az



Uzun illər fasilədən sonra mayın 30-da Şəki rayonunun Oxud kəndinə təbii qazın verilişi bərpa olunmuşdur.
Bu münasibətlə keçirilən mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkəmizdə 28 May-Respublika Günü ilə bağlı tədbirlərin davam etdiyi bir vaxtda kəndə təbii qazın verilməsinin sakinlər üçün əsl bayram hədiyyəsi olduğunu bildirmişdir. Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində son dövrlər dövlətimizin başçısı tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini nəzərə çarpdıran icra başçısı, regionların 2009-2014-cü illərdə sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramına uyğun olaraq, növbəti illərdə digər şəhər və rayonlar kimi, Şəki şəhərinin və rayonun digər yaşayış məntəqələrinin də qaz təchizatının yaxşılaşdırılması, yeni infrastruktur layihələrinin həyata keçirilməsi üçün zəruri tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırmışdır.
oxud_qaz_4.jpg


Mərasimdə Milli Məclisin deputatı Əli Məsimli əhalinin məişət problemlərinin həlli, sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, 2011-ci il dövlət büdcəsinə ediləcək dəyişikliklərin, ilk növbədə pensiya və əməkhaqlarının artırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin bu qayğının bariz nümunəsi olduğunu xüsusi vurğulamışdır.
oxud_qaz_2.jpg
Mərasimdə kəndin icra nümayəndəsi Oruc Əhmədov, kənd ağsaqqalı Bəlyar Məmmədov, ziyalılar çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə sakinlər adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
oxud_qaz_3.jpg
Sonra qazın verilişini bildirən məşəl alovlandırılmışdır. Məlumat verilmişdir ki, 5 minə yaxın əhalisi olan Oxud kəndinə təbii qazın verilməsi 1994-cü ildən dayandırılmışdı. Qaz verilişini bərpa etmək məqsədi ilə ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 6 min metr uzunluğunda orta və 19 min 800 metr uzunluğunda aşağı təzyiqli qaz xətləri təmir olunmuşdur. İlkin mərhələdə kənddə olan 769 abonentin 125-i “mavi yanacaq”dan istifadə edəcəkdir. Sonrakı iki ayda isə digər abonentlərə də təbii qazın verilməsi təmin olunacaqdır.



Создан 19 июн 2011



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi