AŞAĞI KÜNGÜT KƏNDINƏ TƏBII QAZIN VERILMƏSI BƏRPA OLUNDU




Uzun fasilədən sonra Şəki rayonunun Aşağı Küngüt kəndinə təbii qazın verilməsi bərpa olunmuşdur.


Bu münasibətlə keçirilən mərasimdə şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı çıxış edərək əhalinin təbii qazla təminatının yaxşılaşdırılması məqsədi ilə ölkə rəhbərliyi tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini bildirmiş, bu sahədə rayonda görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat vermişdir.


Cənab Cabbarlı demişdir ki, regionların 2009-2014-cü illəri əhatə edən sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə uyğun olaraq, Şəki şəhərinin və rayonun digər yaşayış məntəqələrinin qaz təchizatı yaxşılaşdırılır. İstismar müddətini başa vurmuş 18 kilometr uzunluğunda Cəfərabad-Şəki magistral qaz kəmərinin yeni yeraltı borularla əvəz olunması işi artıq başa çatmışdır və kəmər yaxın günlərdə istismara veriləcəkdir. Tezliklə Baş Zəyzid kəndinə də təbii qazın verilməsi təmin olunacaqdır. Növbəti illərdə rayonun digər yaşayış məntəqələrinin qazlaşdırılması nəzərdə tutulur.


Mərasimdə Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxış edərək kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmişdir.


Kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.


Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılmışdır. Hələlik yalnız 200 ailə mavi yanacaqdan istifadə edəcəkdir. Tezliklə kənddə olan digər evlərin də qazlaşdırılmasına başlanılacaqdır.



Создан 27 янв 2011



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi