20 YANVAR FACİƏSİNDƏN 21 İL ÖTDÜ...

AMMA HƏLƏ DƏ CİNAYƏTKARLAR CƏZALANMAYIBIAR...



YANVARIN 20-DƏ SƏHƏR TEZDƏN ŞƏKİLİLƏR ŞƏHİDLƏRİMİZİN ƏZİZ XATİRƏSİNİ YAD ETMƏK ÜÇÜN ŞƏHİDLƏR XİYABANİNA ÜZ TUTURDULAR...


Şəhərimizin yenidən bərpa olunmuş ŞƏHİDLƏR XİYABANINDA azyaşlı uşaqlardan tutmuş ahıl qocalara qədər rast gəlmək mümkün idi. Bura gələn hər bir kəs al-qırmızı qərənfillərlə örtülmüş hər bir şəhid məzarına təzim edir, Vətən uğrunda canindan keçmiş qəhrəman oğullarımıza uca Tanrıdan rəhmət diləyirdilər.


Qeyd edək ki, faciənin ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq, yerlərdə silsilə tədbirlər, anma mərasimləri keçirilmiş, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmişdir. Hüzn günü ilə əlaqədar ümumtəhsil məktəblərində inşa yazı və rəsm müsabiqələri təşkil olunmuş, yanvarın 19-da məktəblərdə ilk dərslər 20 Yanvar mövzusuna həsr olunmuşdur.


Bu gün də - Yanvarın 20-də Şəki şəhərindəki əsaslı təmir olunmuş və yenidən qurulmuş “Şəhidlər xiyabanı”nda ictimaiyyət nümayəndələrinin, müharibə və əmək veteranlarının iştirakı ilə ümumşəhər mitinqi keçirildi.

Toplantını giriş sözü ilə şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova açaraq 20 Yanvar gününün müasir Azərbaycan tarixində xalqımızın azadlıq mübarizəsi və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrdən biri kimi böyük əhəmiyyət daşıdığını bildirdi. O, həm də vurğuladı ki, məhz 1990-cı il 20 yanvar gecəsində Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, azadlıq uğrunda mübarizə əzmini bir daha bütün dünyaya bəyan etmişdir.


Mərasimdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı bildirdirki, imperiya qüvvələrinin hərb maşınının 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı həyata keçirdiyi vandalizm, terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. İcra başçısı 20 Yanvar hadisələrinə hüquqi və siyasi qiymət verilməsində, faciənin günahkarlarının üzə çıxarılmasında, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini önə çəkərək, məhz ulu öndərimizin müdrik siyasəti və qətiyyətli addımları nəticəsində bu gün 20 Yanvarın respublikamızın hər yerində xalqımızın qəhrəmanlıq salnaməsi günü kimi qeyd edildiyini xüsusi vurğuladı.


Tədbirdə Qarabağ müharibəsi veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Məmmədnuru Əzizov, şəhid anası Nərgiz Bəkirova çıxış edərək şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində dövlətimizin başçısı tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, bu qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

==============================

Xiyabanda hamının ürəyindən bir fikir keçirdi: "İNSHALLAH, ŞƏHİDLƏRİMİZİN QANI YERDƏ QALMAYACAQ. 20 YANVAR FACİƏSİNİ TÖRƏTMİŞ CİNAYƏTKARLARI ALLAH-TAALA ÖZÜ CƏZALANDIRACAQ."


ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN.



Создан 27 янв 2011



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi