ŞƏKİDƏ YAPONİYA HÖKUMƏTİNİN DƏSTƏYİ 




Yanvarın 13-də Şəkinin Kiş kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçiriləcək yeni layihə – uşaq bağçasının tikintisi layihəsi üzrə qrant sazişinin imzalanma mərasimi olmuşdur.


AzərTAc-ın müxbiri xəbər verir ki, mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe iştirak etmişdir.


Mərasimdən əvvəl şəhər icra hakimiyyətində səfir Şusuke Vatanabe ilə görüş olmuşdur. İcra hakimiyyətinin başçısı Murad Cabbarlı Şəkidə daha bir layihənin reallaşmasına göstərdikləri köməyə görə Yaponiya hökumətinə, eləcə də dost ölkənin Azərbaycandakı səfirliyinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.


Kiş kənd icra nümayəndəliyinin binasında keçirilən imzalanma mərasimində şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxış edərək, Yaponiyanın ölkəmizdəki səfirliyi ilə Şəki şəhər icra hakimiyyəti arasında əməkdaşlığın ildən-ilə genişləndiyini bildirmiş, bu ölkə hökumətinin dəstəyi ilə rayonda təhsil, ekologiya və sosial sahələrdə 10-dan artıq layihənin reallaşdığını xatırlatmışdır.


Səfir Şusuke Vatanabe “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən layihələr barədə məlumat vermişdir. O bildirmişdir ki, 2000-ci ildən icrasına başlanılan bu proqram çərçivəsində indiyədək Azərbaycanda təhsil, səhiyyə, ekologiya və sosial sahələr üzrə ümumi məbləği 10 milyon 189 min 769 ABŞ dolları olan 138 layihə həyata keçirilmişdir. Bu gün imzalanacaq yeni layihənin dəyəri isə 86 min 269 ABŞ dollarıdır. Layihənin məqsədi məktəbəqədər təhsil müəssisəsinin olmadığı Kiş kəndini uşaq bağçası ilə təmin etməkdir. Yeni layihənin icrasının 6 ay müddətinə başa çatdırılması nəzərdə tutulur.


Layihənin rəhbəri, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin sədri Mayis Səfərov çıxış edərək, Yaponiya hökumətinin qrant yardımı proqramında təhsil sahəsinə xüsusi yer ayrılmasını yüksək qiymətləndirmiş, “Kiş kəndində uşaq bağçasının tikintisi” layihəsinin reallaşmasına göstərdiyi köməyə görə Yaponiya səfirliyinə, habelə təşkilati dəstəyə görə şəhər icra hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.


Sonra səfir Şusuke Vatanabe və “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Mayis Səfərov yeni layihəni imzalamışlar.

Mənbə: AzərTAc

URL: http://www.azertag.gov.az/index_az.jsp?id=11 89&date=2011-01-13

Facebook



Создан 27 янв 2011



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi