ŞƏKİDƏ İLİN QALİBLƏRİ TANINDI




Dekabrın 29-da Şəki şəhər İcra hakimiyyətində 2010-cu ilin yekunlarına görə ictimai-siyasi, sosial-iqtisadi, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, media və digər sahələr üzrə “İlin qalibi” adına layiq görülmüş nominantların mükafatlandırılması mərasimi keçirildi.


Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova son illər Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Şəkidə müxtəlif sahələr üzrə “İlin qalibi”nin müəyyənləşdirilməsinin ənənəyə çevrildiyini diqqətə çatdırdı.


Şəhər İcra hakimiyyətinin başçısı Murad Cabbarlı şəkililəri əlamətdar bayramlar münasibətilə təbrik etmiş, 2010-cu ildə rayonun ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında baş vermiş yeniliklərdən, qazanılmış uğurlardan söz açdı.


Sonra müxtəlif nominasiyalar üzrə 2010-cu ilin qaliblərinin adları elan olunmuşdur. “İlin ən uğurlu layihəsi” cari il dekabrın 10-da icrasına başlanılan, Azərbaycan hökuməti, Almaniya İnkişaf Bankı (KFW) və İsveçrənin İqtisadi Əməkdaşlıq Təşkilatı (SECO) tərəfindən maliyyələşdirilən “Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması” layihəsi hesab olunmuşdur. YAP Şəki təşkilatının icra katibi Rəfael Musayev “İlin partiya fəalı”, Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının elmi işlər üzrə direktor müavini Nurəli Çələbiyev “İlin elm adamı” adına layiq görülmüşlər. Tədbirdə həmçinin, 2010-cu ildə təhsil, səhiyyə, mədəniyyət, idman, media və ayrı-ayrı xidmət sahələri üzrə qaliblərin adları elan olundu.


Qaliblərə şəhər icra hakimiyyəti başçısının xüsusi sərəncamına əsasən “İlin qalibi” diplomları təqdim edildi.



Создан 27 янв 2011



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi