DÖVLƏT TORPAQ VƏ XƏRITƏÇƏKMƏ KOMITƏSI ŞƏKID&#




Dekabrın 23-də şəhərimizdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən torpaq sahələrində mərzçəkmə işlərinin aparılması qaydaları ilə bağlı növbəti regional seminar-müşavirə keçirilmişdir.


Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinləri, bu rayonların torpaq şöbələri və yer quruluşu idarələrinin rəhbər və mütəxəssisləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.


Müşavirəni giriş sözü ilə şəhər icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Xəlil Xəlilov açaraq ölkəmizdə həyata keçirilən torpaq islahatlarının uğurlu nəticələri barədə danışmış, seminarın işinə uğurlar arzulamışdır.


Müşavirədə Dövlət Yerquruluşu Layihə İnstitutunun direktoru Fizuli Cəfərov, DTXK mətbuat xidmətinin rəhbəri Eldar Həmzəyev və DTXK-nin ərazi vahidləri sərhədlərinin müəyyən edilməsi sektorunun müdiri İslam Ələkbərov çıxış edərək Nazirlər Kabinetinin “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələrinin təsdiq edilməsi haqqında” 2010-cu il 6 oktyabr tarixli Qərarından irəli gələn vəzifələrin icrası ilə bağlı görülən işlər barədə məlumat vermişlər. Qeyd olunmuşdur ki, belə seminar-müşavirələrin əsas məqsədi Azərbaycan Respublikasında mövcud olan 4593 ərazi vahidi, 1959 inzibati ərazi dairəsi və 1718 bələdiyyənin sərhədlərində kompleks yerquruluşu qaydasında mərzçəkmə işləri aparmaqla, onların sərhədlərinin əsas döngə nöqtələrinin koordinatlarının CPS qlobal mövqe müəyyənetmə aləti vasitəsi ilə müəyyən edilməsi qaydaları və Nazirlər Kabinetinin sözügedən qərarı ilə təsdiq edilmiş mərz nişanlarının yerə bərkidilməsi barədə təlimlərin keçirilməsindən ibarətdir.


Məlumat verilmişdir ki, DTXK tərəfindən torpaq sahələrinin ərazi sərhədlərində mərzçəkmə işləri aparılaraq mərz nişanlarının yerə bərkidilməsi və nəticəsinin xəritələşdirilməsində əsas məqsədlərdən biri də ərazi vahidləri, inzibati ərazi dairələri və bələdiyyələrin Milli Məclis tərəfindən Dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi ilə bağlıdır. Qeyd olunmuşdur ki, ümumiyyətlə, mərzçəkmə işləri kompleks yerquruluşu işlərinə aid olmaqla, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı, hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində geodeziya istinad məntəqələrinə, dövlət torpaq kadastrı fondunun məlumatlarına və Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 1960-cı il 24 mart tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası rayonlarının inzibati sərhədlərinin 1:100000 miqyaslı növbətçi xəritəsinə istinad edilərək həyata keçirilir.


Sonra Komitənin nümayəndələri seminar iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirmişlər.

Daha sonra rayonların müvafiq qurumlarının rəhbər və mütəxəssisləri Şəki şəhəri inzibati ərazi vahidinin Cumakənd və Qudula kənd inzibati ərazi dairələrinin sərhədini bildirən mərz nişanının yerə bərkidilməsi mərasimində iştirak etmişlər.



Создан 27 янв 2011



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi