ŞƏKİNİN SU TƏCHİZATI VƏ KANALİZASİYA SİSTEMİN




Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması layihəsinin icrasına başlanılması ilə əlaqədar dekabrın 10-da Kiş sugötürücü qurğular sahəsi və əsas magistral boru xəttinin təməlqoyma mərasimi keçirilmişdir.


Mərasimi giriş sözü ilə şəhər icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq Azərbaycan hökuməti, Almaniya İnkişaf Bankı (KFW) və İsveçrənin İqtisadi Əməkdaşlıq Təşkilatı (SECO) tərəfindən maliyyələşdirilən bu layihənin icrasına başlanılması münasibətilə şəhər rəhbərliyi adından sakinləri təbrik etmişdir.

Mərasimdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin uğurlu icrası nəticəsində Şəkinin də sosail-iqtisadi həyatında böyük dəyişikliklərin baş verdiyini diqqətə çatdırmışdır. Natiq bildirmişdir ki, uzun illər Şəki şəhərinin əhalisi üçün zəruri olan, lakin həllini tapmayan içməli su və kanalizasiya probleminin aradan qaldırılması məqsədi ilə dövlət başçısına müraciətimiz həssaslıqla qarşılanmış və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi üçün lazımi tapşırıqlar verilmişdir. Azərbaycan hökuməti, KFW və SECO tərəfindən maliyyələşdirilmiş “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə əlaqədar layihələndirmə işləri başa çatdırılmışdır. Bu gün artıq layihənin birinci mərhələsinin tikinti işlərinə start verilir.

Mərasimdə “Azərsu” ASC-nin vitse-prezidenti Mirkamil Seyidov çıxış edərək dövlət başçısının tapşırığına uyğun olaraq respublikanın şəhər və rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına yönəldilən layihələr üzrə beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığın uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, təməlqoyma mərasiminə toplaşdığımız bu layihə KFW, SECO və Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir. Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsinin maliyyələşdirilməsi üçün 2006-cı ilin sentyabrında Azərbaycan Respublikası ilə KFW arasında 37,3 milyon avro həcmində kredit müqaviləsi bağlanmış, elə həmin tarixdə SECO tərəfindən 10 milyon avro qrant vəsaitinin ayrılması barədə saziş imzalanmışdır. Eyni zamanda, Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tam yenidən qurulması üçün KFW tərəfindən əlavə kredit vəsaitlərinin cəlb edilməsi barədə razılıq əldə edilmişdir.

Səhmdar Cəmiyyətin vitse-prezidenti bildirmişdir ki, layihəyə uyğun olaraq Kiş çayı yatağında müvafiq qurğular inşa edildikdən sonra Şəki şəhərinə saniyədə 230 litr su verilməsi mümkün olacaqdır. Bu, şəhərin suya olan tələbatının 90 faizi deməkdir.

Mərasimdə Almaniyanın ölkəmizdəki səfirinin müavini Peter Ziegler, KFW regional ofisinin direktoru Karsten Killian, İsveçrə Konfederasiyasının Azərbaycandakı səfirliyinin birinci katibi Filipp Keller çıxış edərək sözügedən layihədə iştirak etmələrindən məmnun qaldıqlarını bildirmişlər.

Tədbirdə AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, şəhər bələdiyyəsinin sədri Fikrət Cəfərov, şəhər sakini Təranə Abdullayeva və başqaları çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə şəkililər adından minnətdarlığını bildirmişlər. Sonra Kiş sugötürücü qurğusunun təməlinə ilk beton qarışığıtökülmüşdür.

2013-cü ildə başa çatdırılması nəzərdə tutulan bu layihə üzrə tikinti işləri 2 mərhələdə həyata keçiriləcəkdir. Birinci mərhələdə Şəki şəhərində su təchizatı sisteminin bir hissəsinin yenidən qurulması və tikintisi işləri aparılacaqdır. Bu mərhələdə Kiş sugötürücü qurğular sahəsi, əsas magistral boru xətti və 2 ədəd mövcud su anbarının bərpası nəzərdə tutulur. Növbəti mərhələdə isə su təchizatı sisteminin qalan hissəsinin və bütövlükdə kanalizasiya sistemlərinin yenidən qurulması həyata keçiriləcəkdir. Tikinti işlərini “Əfqan firması və Azərsutəchizattikinti Konsorsiumu” həyata keçirir.

Mənbə: www.sheki-ih.gov.az



Создан 27 янв 2011



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi