Dekabrın 12-də ulu öndər Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə əlaqədar Şəkidə anma mərasimi keçirilmişdir.
Səhər saat 10-dan başlayaraq minlərlə şəkili ümummilli liderin Şəki Şəhər İcra Hakimiyyəti binasıniın qarşısındakı abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzmüşdür.
Rayon icra hakimiyyətinin başçısı Murad Cabbarlı başda olmaqla icra hakimiyyəti başçısı aparatının işçiləri, Şəki Bələdiyyəsinin kollektivi, YAP rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonda yerləşən hərbi hissələrin zabit və əsgər heyəti, rayon ziyalıları, ağsaqqallar, veteranlar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri mərasimdə iştirak etmişlər.