ŞƏKİDƏ ÇÖVKƏN MİLLİ OYUNU KEÇİRİLMİ




Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində keçirilən Prezident Kuboku uğrunda V çövkən milli oyunu bu gün - dekabrın 22-də başa çatdı.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən bu yarışlarda respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 15 komanda mübarizə aparmışdır.

Bu gün Respublika Atçılıq Turizm Mərkəzində yarışların təntənəli bağlanış mərasimi olmuşdur.

Əvvəlcə tədbir iştirakçıları və tamaşaçılar çövkən oyunu üzrə final qarşılaşmasını izləmişlər. Final oyununda yarışların dördqat qalibi Şəki komandası ilə Ağdam təmsilçiləri qarşılaşmışlar. Rəqibini 1:0 hesabı ilə məğlub edən Ağdam komandası Prezident Kuboku uğrunda V çövkən milli oyununun qalibi adını qazanmışdır. Üçüncü yeri Oğuz komandasına 2:1 hesabı ilə qalib gələn Ağcabədi komandası tutmuşdur.

Bir gün əvvəl başa çatmış sürpapaq oyunu üzrə yarışlarda isə Balakən komandası fərqlənmişdir. Balakənlilər final oyununda Ağstafa komandasını 4:0 hesabı ilə məğlub etmişlər. Bu növ üzrə Qax və Zaqatala komandaları müvafiq olaraq 3-cü və 4-cü yerləri tutmuşlar.

Papaq oyunu üzrə yarışların finalında Goranboy komandası Qazax atçılarını 2:0 hesabı ilə məğlub edərək birinci yeri tutmuşdur. Bu növdə İsmayıllı komandası yevlaxlılara 1:0 hesabı ilə qalib gələrək üçüncü nəticə göstərmişdir.

Bu il ilk dəfə olaraq oyunların proqramına daxil edilmiş atüstü güləş yarışları isə Qəbələ komandasının qələbəsi ilə başa çatmışdır. Sonrakı yerləri Daşkəsən və Bərdə komandaları tutmuşlar.

Final görüşündən sonra komandaların mükafatlandırılması mərasimi olmuşdur. Bütün növlər üzrə qalib komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunmuşdur. Çövkən milli oyununun qalibi, eyni zamanda, Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərman və pul mükafatına da layiq görülmüşdür.

Şəhər İcra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və Mədəniyyət və Turizm Nazirliyinin məsul nümayəndəsi Cavanşir Cəfərov çövkən milli oyununun qalibi Ağdam komandasına yarışların baş mükafatını – Prezident Kubokunu təqdim etmişlər.

Yarış iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur. Müraciətdə milli mənəvi dəyərlərimizin qorunub saxlanması və dirçəldilməsinə yüksək diqqət və həssaslıqla yanaşdığına görə, dövlətimizin başçısına xüsusi minnətdarlıq ifadə olunmuşdur.



Создан 27 янв 2011



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi