HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN SƏHİYYƏSİ




Ümummilli lider Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə əlaqədar Şəkidə elan olunmuş xatirə ongünlüyü çərçivəsində mərkəzi rayon xəstəxanasında “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.


Rayonun səhiyyə işçiləri əvvəlcə ulu öndərin xəstəxananın foyesində qoyulmuş büstü önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.


Konfransı giriş sözü ilə xəstəxananın baş həkimi Məcid Əliyev açaraq bütün ömrünü xalqımızın tərəqqisi, yüksəlişi və inkişafına həsr etmiş ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildirmişdir. Qeyd etmişdir ki, ulu öndər Azərbaycan xalqının bütün tarixi ərzində yetişdirdiyi ən parlaq və qüdrətli şəxsiyyətdir. Ümummili liderimizin Azərbaycanın iqtisadi tərəqqisinə gətirib çıxarmış siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə digər sahələr kimi, səhiyyənin inkişafına da dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərilir. Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi ölkə vətəndaşlarının sağlamlığının yaxşılaşdırılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir. Son illər səhiyyənin maddi-texniki bazası möhkəmləndirilmişdir. Natiq vurğulamışdır ki, bu diqqət və qayğıya görə rayonun səhiyyə işçiləri dövlət başçısına minnətdardırlar.


Konfransda “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda məruzə dinlənilmişdir. Məruzədə ümummilli liderin nəsillərə nümunə olan zəngin və mənalı həyat yolundan geniş bəhs edilmiş, ulu öndərin Azərbaycan səhiyyəsinin inkişafındakı əvəzsiz xidmətləri bir daha xatırlanmışdır.


Şəhər İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə əlaqədar dekabrın 1-dən 10-dək Şəkidə xatirə ongünlüyünün keçirildiyini bildirmiş, xatirə günləri çərçivəsində keçirilən və nəzərdə tutulan silsilə tədbirlər barədə məlumat vermişdir. Konfransda çıxış edən natiqlər ulu öndərin əziz və nurlu xatirəsinin daim qəlblərdə yaşayacağını bildirmiş, dahi şəxsiyyətə sonsuz sevgi və məhəbbətlərini ifadə etmişlər.



Создан 27 янв 2011



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi