ƏLİL UŞAQLAR ÜÇÜN BAYRAM TƏDBİRİ KEÇİRİL




Dekabrın 3-də Şəki şəhərindəki Çingiz Mustafayev adına klubda Beynəlxalq Əlillər Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilmişdir.


Şəki şəhərində fəaliyyət göstərən xüsusi qayğıya ehtiyacı olan uşaqlar, yeniyetmə və gənclərin Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə əlil uşaqlar, habelə ictimaiyyətin nümayəndələri, uşaq bağçaları və ümumtəhsil məktəblərinin uşaq və məktəbliləri iştirak etmişlər.


Tədbirdə Mərkəzin direktoru Güləndam Alxasova, şəhər icra hakimiyyətinin məsul işçisi Sədri Səfərov, gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək ölkəmizdə əlillərə, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara ölkə rəhbərliyi tərəfindən daim yüksək diqqət və qayğı göstərildiyini bildirmiş, əlil uşaqların cəmiyyətə inteqrasiyasında, onların istedadının və yaradıcılıq qabiliyyətinin aşkara çıxarılmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulamışlar.


Sonra xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlam uşaqlarla birgə hazırladıqları maraqlı və rəngarəng konsert proqramı nümayiş etdirilmişdir. Tədbir iştirakçıları daha sonra əlil uşaqların əl işlərindən ibarət sərgiyə baxmışlar.


Tədbirin sonunda fərqlənən uşaqlara şəhər Gənclər və İdman İdarəsinin fəxri fərman və hədiyyələri təqdim edilmişdir.



Создан 27 янв 2011



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi