BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ MÜNASİBƏTİLƏ TƏD




Dekabrın 3-də Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Şəki şöbəsində Beynəlxalq Əlillər günü münasibətilə tədbir keçirilmişdir.


Tədbiri giriş sözü ilə İctimai Birliyin rayon şöbəsinin sədri Məmmədnuru Əzizov açaraq ölkəmizdə əlillərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə danışmış, onların sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə əlillər adından Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.


Tədbirdə şəhər icra hakimiyyəti aparatının şöbə müdiri Rəfael Mənəfov çıxış edərək əlilləri əlamətdar bayram münasibətilə təbrik etmiş, onların cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışmışdır. Əlillərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə mühüm tədbirlərin həyata keçirildiyini konkret faktlarla nəzərə çarpdıran natiq, təkcə son bir-neçə ildə Şəkidə ümumi mənzillərinin sayı 78 olan 3 yaşayış binasının tikilib istifadəyə verildiyini, kəndlərdə 10 fərdi evin inşa edildiyini, əlillərə 8 minik avtomobilinin verildiyini və yaxın vaxtlarda daha 5 əlilin minik avtomobilinə sahib olacağını diqqətə çatdırmışdır. Əlillərin sağlamlıqlarının bərpası sahəsində görülən işlərə toxunan şöbə müdiri Şəkidə fəaliyyət göstərən Əlillərin Reabilitasiya Mərkəzində 171 nəfər Qarabağ müharibəsi əlilinin davamlı müalicə olunduğunu bildirmişdir.


Tədbirin sonunda şəhər icra hakimiyyəti tərəfindən 60 əlilə maddi yardım göstərilmişdir



Создан 27 янв 2011



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi