ŞƏKİDƏ “AQRAR İQTİSADİYYAT” MÖVZUSUNDA SEMİNAR KEÇ




Şəki şəhərində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün “Aqrar iqtisadiyyat” mövzusunda seminar keçirmişdir.

Seminarda Bakı Biznes Tədris Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin Şəki-Zaqatala iqtisadi rayonu üzrə kənd təsərrüfatı idarəsinin əməkdaşları, eləcə də 30-dan çox sahibkar iştirak etmişdir.

Tədbirdə “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, təsərrüfatçılığın yeni formaları, bitkiçiliyin və heyvandarlığın əsasları, regionda meyvə-tərəvəz, heyvandarlıq və digər kənd təsərrüfatı məhsullarının istehsalının inkişaf istiqamətləri, yüksək keyfiyyətli məhsul istehsalı və satışını təmin etmək üçün işgüzar əlaqələrin qurulması barədə geniş məlumat verilmişdir.

Tədbir çərçivəsində sahibkarlara tədris-metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.



Создан 27 янв 2011



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi