QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİ Ş




Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı ilə noyabrın 5-də Şəki şəhərində regionda fəaliyyət göstərən səhmdar cəmiyyətlərin rəhbərləri üçün “Səhmdar cəmiyyətlərində korporativ idarəetmənin və hesabat sisteminin səmərəliliyinin artırılması” mövzusunda seminar keçirilmişdir.

QKDK və İqtisadi İnkişaf Nazirliyi rəsmilərinin, Avropa Birliyinin TACİS proqramı və Beynəlxalq Maliyyə Korporasiyası ekspertlərinin, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Şəki şəhər İcra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Firon Əliyev açaraq seminarın işinə uğurlar arzulamışdır. Tədbirdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Mehman Abbas çıxış edərək seminarın regionda fəaliyyət göstərən səhmdar cəmiyyətlərində maliyyə-hesabatlılıq sisteminin qanunvericiliyin tələblərinə uyğun şəkildə qurulmasına və səhmdarların hüquqlarının səmərəli qorunmasının təmin edilməsinə zəruri töhfə verəcəyinə əminliyini bildirmişdir. QKDK Aparatının rəhbəri ilk dəfə Şəkidə keçirilən bu tədbirin digər regionlarda da təşkil olunacağını diqqətə çatdırmışdır. Seminarda İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə, Avropa Birliyinin kapital bazarları üzrə beynəlxalq eksperti Yanis Filopolus və Beynəlxalq Maliyyə Korporasiyasının korporativ idarəetmə üzrə eksperti Aqşin Əlizadənin korporativ idarəetmə standartları, Avropa Birliyinin korporativ hesabatlılıq üzrə şəffaflıq tələbləri, səhmdar cəmiyyətləri tərəfindən investisiyaların, kreditlərin cəlb edilməsində korporativ idarəetmənin rolu və əhəmiyyətinə dair məruzələri dinlənilmişdir. QKDK-nin hüquq departamentinin direktoru Kamran Babayev çıxış edərək səhmdar cəmiyyətlərinin hesabatlığına dair milli qanunvericilik tələbləri və bu istiqamətdə Komitə tərəfindən beynəlxalq təşkilatlarla birgə hazırlanan yeni qanunvericilik təşəbbüsləri barədə məlumat vermişdir. Sonda seminar iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilmişdir.

Menbe: www.sheki-ih.gov.az



Создан 27 янв 2011



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi