Şəkidə 100 çarpayılıq xəstəxananın tikintisi davam edir




Təməli 2008-ci ilin sentyabrında Prezident İlham Əliyev tərəfindən qoyulmuş Şəki şəhərindəki 100 çarpayılıq xəstəxana binasının tikintisi iş cədvəlinə uyğun davam etdirilir. Xəstəxana Dünya Bankının və Azərbaycan hökumətinin birgə layihəsi olan “Tibbi xidmətlər sahəsində islahatlar” layihəsi çərçivəsində inşa edilir.

Tikinti işlərini həyata keçirən “Fərid-İnşaat” şirkətinin iş icraçısı Qabil Süleymanov AzərTAc-ın müxbirinə bildirmişdir ki, 4 hektar ərazini əhatə edən yeni xəstəxana binası 6 blokdan ibarətdir. 1-2-ci bloklar üç mərtəbəli, 3-4-cü bloklar iki mərtəbəli, 5-6-cı bloklar isə bir mərtəbəlidir. Binanın birinci mərtəbəsində qəbul şöbəsi, poliklinika, təcili tibbi yardım, radioloji, sterilizasiya şöbələri, habelə mərkəzləşmiş mətbəx və camaşirxana fəaliyyət göstərəcəkdir. İkinci mərtəbədə cərrahiyə və intensiv terapiya şöbələri, konfrans zalı, kitabxana, anbar, aptek və digər tibbi otaqlar, üçüncü mərtəbədə isə inzibati bölmə, palatalar və yeməkxana yerləşəcəkdir. Binanın su təchizatı ərazidə olan yeraltı su anbarları vasitəsilə həyata keçiriləcəkdir.

İş icraçısının bildirdiyinə görə, layihə-smeta dəyəri 12,5 milyon manat olan xəstəxana binasında indiyədək 5 milyon manatdan artıq tikinti-quraşdırma işləri həyata keçirilmişdir. 4-cü blok istisna olmaqla, bütün bloklarda monolit dəmir-beton konstruksiyaların quraşdırılması, habelə fasad divarının hörgüsü başa çatdırılmışdır. Hazırda 4-cü blokun ikinci mərtəbəsində armatur karkaslar quraşdırılır. Bundan əlavə, xəstəxananın həyətində yardımçı tikililər, o cümlədən qazanxana binası, transformator yardımçı stansiyası, bir 100 kubmetrlik içməli su və iki 200 kubmetrlik yanğın əleyhinə su hovuzları tikilmişdir. Ərazinin ətrafına ümumi uzunluği 787 metr olan hasarın çəkilişi də başa çatmaq üzrədir.

Hazırda tikintidə 120 nəfərədək işçi çalışır. Xəstəxananın 2011-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Mənbə:www.sheki-ih.gov.az



Создан 27 янв 2011



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 
счетчик посещений LiveRSS: Каталог русскоязычных RSS-каналов free counters  Valyuta məzənnəsi